image-ordubackend

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

image-reklam_sirab_01

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.
Hazırda sülhməramlılarımız, onlara məxsus silah və hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.
Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda təhlükəsizliyi təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki