image-1625719810_c15fee41-d3fd-3032-b980-fec8ed7049c1_850backend

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?

image-reklam_sirab_01
“Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib.
T əşkilatın saytının yaydığı xəbərə görə, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur.
Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb.
Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.
Reytinqdə sonuncu – 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki