image-091600038397backend

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfərini tənqid edir

image-reklam_sirab_01

Fransa Milli Məclisinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndiyə qanunsuz səfər edib. Bakıda bunu regionda sülhün bərqərarı üçün atılan addımlar kimi qiymətləndirirlər.

“Fransa Milli Məclisinin üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı antiazərbaycan mövqeyilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır

Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri də Azərbaycana daxil olmaq hüququndan məhrum ediləcək”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

“Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”, – o qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki