image-1597739596_xin345backend

Azərbaycan XİN Qarabağın qaz təminatı ilə bağlı Ermənistanın iddiasına cavab verdi

image-reklam_sirab_01

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib.

Veteninfo-nun xəbərinə görə, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

“Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.

Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin”, – XİN rəsmisi vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki