image-32ec1cee-3b1a-47fb-b525-361af4c41169_850backend

Azərbaycanda auditorların beynəlxalq konfransı keçiriləcək

image-reklam_sirab_01

Azərbaycan Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda sentyabr 16-da Bakıda beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

Veteninfo.az xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.

Bildirilir ki, konfransda Azərbaycan Rspublikasının dövlət qurumlarının rəhbərlərinin, habelə Avstriya, Belçika, Gürcüstan, Latviya, Macarıstan, Makedoniya, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna ölkələrindən olan mütəxəssislərin, peşəkar mühasibat və audit qurumlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki