image-6217653af2a646217653af2a6516457004106217653af2a5f6217653af2a61backend

Azərbaycanda yaşlı əhalinin 40 faizi buster doza vurdurub

image-reklam_sirab_01

Azərbaycanda 65 və yuxarı yaş qrupunun 40 faizi (272052) koronavirus əleyhinə buster doza vurdurub.

Veteninfo.az xəbər verir ki, həmin yaş qrupunun 60 faizi (407132) I doza, 55 faizi ( 371 771) isə II doza vaksin vurdurub.

Qeyd edək ki, ölkə əhalisinin 675 961 nəfəri 65 və yuxarı yaş qrupundadır.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirmişdi ki, heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir. Onun sözlərinə görə, xəstələndikləri an onlar risk qruplarıdır.

Xatırladaq ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image