image-reklam-veteninfo
image-gozelbackend

Azərbaycanlı gözəl özəl məşqlərə başlayıb

image-reklam-veteninfo

Bu ayın 22-si dünyanın 24 ölkəsinin gözəllərinin yarışacağı “Miss Civilization of TheWorld 2012” Mədəniyyətlər gözəli müsabiqəsində ölkəmizi təmsil edəcək 16 yaşlı Aytac Ağacanova özəl olaraq məşqlərə başlayıb. Bu haqda müsabiqənin mətbuat katibi Azər Nəsibov SİA-ya məlumat verib.

Onun sözlərinə görə, Aytacın səhnə xoreoqrafiyası ilə yenə də model, xoreoqraf Aleks Kramarenko məşğul olur. A. Kramarenko Aytacın məşqlərin öhdəsindən indi daha peşəkarcasına gəldiyini bildirib: “Aytac Miss Civilization Azerbaijan 2012 müsabiqəsinə qatıldığı gündən öz fəallığı ilə seçilib. Göstərilən hər bir hərəkəti dəqiqliyi ilə yadda saxlayıb və göstərib. Məhz həm bu keyfiyyəti, həm də gözoxşayan zahiri gözəlliyi münsiflərin daha çox diqqətini çəkdiyindən Aytac müsabiqənin qalibi olub. Ümid edirik ki, Dünyanın mədəniyyətlər gözəli müsabiqəsində də Aytac münsiflərin diqqətini çəkəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki