image-e643db77-12c1-39d4-a1d8-4d47dd40ab3f_850backend

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

Veteninfo.az-ın xəbərinə görə, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, S.Əliyevlə eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynov-un da icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki