image-628c902716a59628c902716a5a1653379111628c902716a55628c902716a57backend

Bakı Enerji Forumunun bir sessiyası Şuşada keçiriləcək

image-reklam_sirab_01

Bakı Enerji Forumunun bir sessiyası Şuşada təşkil olunacaq.

Bu barədə Bakı Enerji Həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında SOCAR-ın Elm, Texnika və Nanotexnologiyalar Departamentinin rəhbəri Nazim Vəliyev bildirib.

Onun sözlərinə görə, bu cür tədbirin Şuşa şəhərində keçirilməsi vacib göstəricidir.

“İteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, Şuşa şəhərində keçirilən səyyar sessiya zamanı vacib sənəd və memorandumların imzalanması gözlənilir.

Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cavid Mikayılovun sözlərinə görə, bir sıra nazirliklərin, şirkətlərin maliyyə institutlarının Bakı Enerji Həftəsində iştirakı bu tədbirə olan böyük marağın və onun əhəmiyyətinin göstəricisidir.

Qeyd edək ki, 2022-ci il iyunun 1-dən 4-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirəcək- 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.

Sərgilərdə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image