image-9be746a7-4cf3-4617-b8c0-308a988c61a4backend

Bakı Modern Təhsil Kompleksində “BMT Modeli” konfransı təşkil olunub

image-reklam_sirab_01

14-15 yanvar 2023-cü il tarixlərində Bakı Modern Təhsil Kompeksinin Beynəlxalq Məktəbində “Birləşmiş Millətlər Təşkilatı Modeli” (BMIS IMUN) adlı konfrans təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açılış mərasimi Bakı Modern Təhsil Kompleksinin idarəetmə heyəti iştirakçıları salamlayaraq tədbiri açıq elan etmişdir. Konfransda Bakının müxtəlif özəl və dövlət məktəblərindən 130 şagird iştirak etmişdir.
BMIS IMUN adlı konfrans açılış mərasimindən sonra Birləşmiş Millətlər Təşkilatının:

İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR),

İqtisadi Sosial Şura (ECOSOC),

Təhlükəsizlik Şurası (UNSC),

Baş Assambleyası (UNGA) üzrə komitə sessiyalarında davam edib.

Müvafiq sessiyalar üzrə “Rəqəmsal sferada insan hüquqları”, “Cənubi Amerikada davamlı inkişaf”, “Çin və Tayvan arasındakı gərginlik”, “İnkişaf etməkdə olan dövlətlərdə yoxsulluq səviyyəsinə töhfələr” adlı mövzularda BMT Modeli tətbiq olunub. İki gün davam edən konfransın ilk günündə komitə sessiyaları üzrə müzakirələr aparılmış və növbəti gündə nümayəndələr tərəfindən hazırlanmış nəticələr və həll yolları irəli sürülmüşdür.
BMT Modeli Birləşmiş Millətlər Təşkilatının Komitə nümayəndələrinin şagirdlər tərəfindən təmsil olunduğu konfransdır. Komitə sessiyalarında çıxış edən iştirakçılar təmsil etdikləri ölkələrin siyasətini araşdıraraq müvafiq mövqedən çıxış etmək üçün siyasi və diplomatik yanaşmalar hazırlayırlar. BMT Modelinin əsas məqsədi şagirdlərə ictimai danışıq, liderlik, debat, araşdırma və komandada işləmək bacarığını öyrətməkdir.

image-8c0ace74-aff7-4382-b99b-d2ad385f9b7b image-9be746a7-4cf3-4617-b8c0-308a988c61a4 image-c93ac6a5-b890-44c6-9449-8a3de6b036e8 image-f775584f-273a-4353-a8cb-6d7dc687b07b

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki