image-13backend

Bakıda yük maşını sərnişin avtobusunu vurdu, qətliam baş verdi

image-reklam_sirab_01

Bu gün səhər saatlarında Bakıda, Hava Limanı-Mərdəkan yolunda ağırtonnajlı yük avtomobili 171 nömrəli xətt üzrə işlərən sərnişin avtobusunu vurub. Səhər saat 08.00 radələrində baş vermiş dəhşətli qəza nəticəsində azı 5 sərnişin həlak olub, çoxsaylı ağır yaralılar var.

image-14

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

 

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan,  171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dölət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Xəbər yenilənir…

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki