image-f4cf4e46-e836-3b83-9a68-9b4bf7dd41a6_850backend

Bakının Səbail rayonunda içməli sudan qanunsuz istifadə halları aşkar olunub

image-reklam_sirab_01

“Azərsu” ASC içməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə Bakının Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirib.

Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yoxlamalar Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq həyata keçirilib və bu zaman yenə də sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Səbail rayonu 20-ci sahə yaşayış massivində həyata keçirilən nəzarət tədbirləri zamanı “Dostlar” kafesində su sayğacının dayandırılması, kənar xəttdən istifadə və gizli su anbarı aşkarlanıb. Görünür, bu üsula əl atan sahibkarın heç ağlına da gəlməyib ki, kifayət qədər müştərisi olan obyektin su sərfiyyatında şübhələr yarana bilər. Beləki ki, obyektin su sərfiyyatına görə aylıq ödəniş cədvəli tələbata uyğun gəlmədiyindən obyektin su təchizatına baxış keçirilməsinə zərurət yaranıb və şübhələr özünü doğruldub. Məlum olub ki, kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.

Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan “Şıxov” ərazisindəki “Qağayı” çimərliyi olub. Eyni ilə burada da sahibkar yaxınlıqdan keçən magistral kəmərdən gizli xətt çəkərək, sudan qanunsuz istifadə edib. Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülürmüş. Obyektin su təchizatına görə hər hansı rəsmi müqavilə, su sayğacı olmadığına və sudan qanunsuz istifadə hallarına yol verildiyinə görə dəymiş ziyan hesablanaraq akt tərtib olunub və su təchizatı dayandırılıb.

Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birində də böyük bir iaşə obyektinin işlətdiyi qədər sudan qanunsuz istifadə olunduğu aşkarlanıb. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan imtına edib və “Azərsu” ASC əməkdaşalarına qarşı kobudluq edərək, vəzifə borclarını yerinə yetirmələrəinə mane olub. Amma bununla belə sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunaraq suyun verilişi dayandırılıb.

Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılıması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bu ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 11 532, Səbail rayonu üzrə isə 427 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 119 min kubmetr, Səbail rayonu üzrə isə 134 min kubmetr həcmində sərfiyyat bərpa olunub.image-56808908-3a60-32cf-8833-95b85d36816c image-1a2902a2-ff30-345b-90e3-1e6623ab4623 image-a9a5386a-21b1-3523-bad3-0900feb41b2a image-ae073e09-2fdf-373a-8ac8-9cb117b69204 image-5e135cbd-f48f-3aa5-b13f-0c83411b1863 image-e7ccaded-44fa-3ff6-954c-08c624968787


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki