image-eli-esedovbackend

Baş nazir İrandan keçəcək yeni dəhlizdən danışıb

image-reklam_sirab_01

“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında martın 11-də Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: “Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələrinin bölgənin inkişafına əhəmiyyətli təkan verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image