image-1backend

Baş prokuror Çili nümayəndə heyəti ilə görüşüb

image-reklam_sirab_01

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində paytaxtımızda 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan Vətəninfo.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Çili Respublikasının Baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kamran Əliyev bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib. 30 il ərzində ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr müsbət məcrada inkişaf edib.

Tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin gücləndiyini qeyd edən Kamran Əliyev, siyasi sferada qarşılıqlı münasibətlərin müsbət dinamikasının iki ölkənin prokurorluq orqanlarının əməkdaşlığı üçün əlverişli zəmin olduğunu vurğulayıb.

Bildirilib ki, Çili Respublikasının prokurorluq orqanının Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirakı əlaqələrimizin gələcək perspektivi baxımından son dərəcə nikbin ovqat formalaşdırdı.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29 bütün ölkələr üçün iqlim neytrallığı üzrə öhdəliklərin qəbul edilməsinə, iqlim fəlakətlərinə hazırlığın təmin edilməsi üzrə səylərin artırılmasına, həmçinin milli iqlim planları istiqamətində çoxsəviyyəli fəaliyyətlərin və dəyişikliklərin gücləndirilməsinə ilham verəcəyini bildirib.
Çili Respublikasının Baş prokuroru səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki