image-downloadbackend

Baş Prokurorluq 540 məlumat yayıb

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Veteninfo.az-a  verilən məlumata görə, bu günün rəqəmi isə 540-dır.
Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilmiş, eyni zamanda kütləvi informasiya vasitələrinə yayılması təmin edilmişdir.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki