image-86824602-4e00-3a34-be0a-cec22329459a_850backend

Bayden və Şolts Rusiyaya qarşı sanksiyanı davam etdirməyə razılaşıblar

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər.

bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Liderlər Donbasda keçirilən “referendumlar”ı pisləyiblər.

Bayden və Şolts danışıqlar zamanı bununla bağlı BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulmasına işarə ediblər.

Tərəflər, həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar. Onlar vurğulayıblar ki, Birləşmiş Ştatlarla Almaniya suverenlik və ərazi bütövlüyü uğrunda Ukraynanı dəstəkləməyə davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki