image-121hshshshshshshmmmmmmmmbackend

Bərpa-quruculuq işləri

image-reklam_sirab_01

30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız yararsız vəziyyətə düşmüş , dağıdılmış halda idi. Təbii sərvətləri mənimsəməklə yanaşı , məhv edilmişdi. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri aparmaq üçün Prezident qərarı verdi. Torpaqlarımıza səfər edərək hər bir ərazidə quruculuq işlərinə nəzarət edirdi.
Səfər boyu dövlət başçısının işğaldan azad edilmiş müxtəlif yaşayış məntəqələrindən keçərkən səsləndirdiyi fikirlər əslində Azərbaycan xalqına, bütün dünya ictimaiyyətinə və sözsüz ki, həm də məğlubiyyəti ilə barışmağa acizlik çəkən işğalçı Ermənistana mesajlar idi. Bunlar o demək idi ki, Azərbaycanda ordu daha da güclənəcək, bərpa və quruculuq işləri yüksək texnologiyalar üzərində qurulacaq, işğal edilmiş ərazilərdə şəhərlər və kəndlər mütərəqqi “ağıllı” layihələr əsasında salınacaq.
Prezidentin Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində icra olunacaq “ağıllı kənd” layihələrinə start verildiyini bildirməsi, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində işə salınan su elektrik stansiyasının açılışında iştirak etməsi bir daha göstərir ki, Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi də tarixi bir missiyadır. Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana səmt götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Bununla Azərbaycan həm də quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir.
Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən vacib hesab olunan hava limanlarıdır. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. İlk növbədə, onu qeyd etmək gərəkdir ki, post-konflikt bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri də odur ki, nəqliyyat-logistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq.
Ən vacib məsələlərdən biri də, Qarabağ regionunu tranzit bir mərkəz olaraq tanıtmaqdır. Tranzit mərkəz olaraq Qarabağ regionunun təqdim edildiyi təqdirdə və qeyd olunan Zəngəzur dəhlizi, həmçinin digər kommunikasiya və nəqliyyat xətlərini bura cəlb edilməsi ilə Azərbaycan nəinki öz daxilində, ümumilikdə öz iqtisadiyyatında, həmçinin regionda tranzit bir nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşə bilər. Bu isə, öz növbəsində, ticarət dövriyyəsinin və ümumilikdə Azərbaycan iqtisadiyyatının artımına müsbət təsir edə bilər.
Orucova Fatimə
Azərbaycan Dillər Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki