image-kamal-abdullabackend

Bizim bir Kamal Abdullamız var

image-reklam_sirab_01

Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı  və əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri, nəhayət Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla haqqında başqa bir məqalə yazmağı düşünürdüm. Azərbaycan Mətbuat Şurasının sədri,Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin dəyərli xalq yazışısı haqqında yazmış olduğu məqaləni gördükdə, Kamal Abdulla yaradıcılığın belə gözəl analiz edilməsindən sonra, “hörmətli Rəşad müəllimin yayımladığı məqalədən artıq nə yaza bilərəm”-dedim. Mənim ürəyimdən keçənləri, Kamal Abdulla yaradıcılığına olan ehtiramımı Rəşad müəllim bütün yönləri ilə qələmə almışdı. Ona görə də Rəşad Məcidin yazmış olduğu məqaləni yaymaqla bərabər, mənə sadəcə olaraq Azərbayacanın ədəbiyyatına,əsərlərində Azərbaycan dilinin bütün çalarların,rənglərini birləşdirməyi bacaran böyük yazarmıza yubleyin mübarək demək düşər.

1990-cı illərdə mərhum Aydın Məmmədovun başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və Kamal Abdullanı da elə o vaxtlar Aydın müəllimin dostu kimi tanıdım. Daha doğrusu, o zamandan başlanan, sonradan dostluğa çevrilən tanışlığımız indiyə kimi davam edir desəm, yanılmaram.

Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu Öz İçində Gizlənən Adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər də, ən yaxın dostları da bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı mövzuların içərisində gizlənmək istəyindən, öz ağrılarını pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən irəli gəlir. Bunu yazıçının ən məşhur əsərləri olan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”ndə də müşahidə etmək mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək xatirinə deyil. Kamal Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az ironik, soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata baxışı özünü göstərir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki