image-a599537c-5b20-3204-882d-d108fff1828d_850backend

BMT: Ukraynadan Avropaya 7,6 milyondan çox qaçqın gəlib

image-reklam_sirab_01

Fevralın 24-də müharibə başlayandan bugünədək Ukraynadan Avropaya ümumilikdə 7,6 milyondan çox qaçqın üz tutub.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) məlumat yayıb.

Onlardan 4,2 milyondan çoxu milli müdafiə və yardım proqramları çərçivəsində qeydə alınıb.

Hesablamalara görə, bir həftə ərzində ukraynalı qaçqınların sayı 108 min nəfərdən çox artıb.

Ən çox qaçqın qəbul edən ölkələr Rusiya, Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Türkiyə, Bolqarıstan, Böyük Britaniya və Fransadır.

Ümumilikdə müharibə başlayandan indiyədək qonşu ölkələrə 13 736 198 nəfər insan gəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki