image-f1e89bb4-4229-303a-9126-b247b092a94e_850backend

Böyük Britaniya rəsmisi: “Rusiya ordusu tükənib”

image-reklam_sirab_01

“Rusiya Prezidenti Vladimir Putin səhv qərarlar verir, Rusiya Federasiyasının ordusu tükənib”.

bunu Böyük Britaniya Hökumətinin Kommunikasiya Mərkəzinin rəhbəri Ceremi Fleminq deyib.

Onun sözlərinə görə, Ukraynanın döyüş meydanında və kiberməkanda cəsarətli hərəkətləri şəraiti dəyişir. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin qeyri-məhdud səlahiyyətə malik olduğu üçün qəbul etdiyi qərarlar da səhv olub.

C.Fleminqin qənaətincə, oktyabrın 10-da Ukraynaya raket hücumu etməsinə baxmayaraq, Moskvanın döyüş sursatı tükənmək üzrədir.

Onun sözlərinə görə, sentyabrın 21-də elan edilmiş qismən səfərbərliklə Rusiya rəhbərliyi çarəsizliyini nümayişi etdirdi: “Bu, onun tənqidinə, Rusiyanın daha da çox təcridinə səbəb olacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki