image-800px-vilayet_eyvazovbackend

Bu gün Vilayət Eyvazovun ad günüdür

image-reklam_sirab_01

Bu gün daxili İşlər naziri  general-polkovnik Vilayət Eyvazovun doğum günüdür. 

Veteninfo.az xəbər verir ki, Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olmuşdur.

Vilayət eyvazov 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir.Fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunmuşdur.2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Ailəlidir, üç övladı var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki