image-23afd12e-f4d4-389e-9960-8e10172e0548_850backend

Burkina-Fasoda qiyamçıların rəhbəri prezident təyin edilib

image-reklam_sirab_01

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.

Bu barədə “Agence France-Presse” (AFP) yerli dövlət televiziyasının efirində hakimiyyət orqanlarının bəyanatına istinadən məlumat yayıb.

“Qoruyucu və Bərpa Uğrunda Vətənpərvər Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir”, – canlı yayımda oxunan Təsis Aktında qeyd edilib.

Xatırladaq ki, sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə Prezidenti vəzifəsindən uzaqlaşdırıb. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər. Özü yanvar ayında dövlət çevrilişi ilə hakimiyyətə gələn Damiba oktyabrın 2-də könüllü olaraq prezidentlikdən istefa ərizəsi imzalayıb. Traore ölkənin ali icra orqanı olan Mühafizə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki