image-3925184backend

Bütün şəhidlərimizin qisasını aldıq.

image-reklam_sirab_01

Əsirlər boyu Vətənimizin bütövluyu uğrunda çoxlu müharibələr baş vermiş və minlərlə igidimiz Şəhadətə ucalmışdır. Nə qədər Şəhid anası gözü yaşlı qalmış , uşaqların ürəyində ata həsrəti var idi. Hər birinin təskinliyi, ümid yeri Qarabağ idi. Qarabğın işğaldan azad oluması onların ürəyinə azda olsa su sərpərdi., təskinlik tapardılar.
Az yaşlı uşağından başlayaraq hər bir vətəndaşın dilində “Qarabağ Azərbaycanındır”,”Şəhidlərimizin qisasın alacayıq” və s… şüarları səslənirdi. Biz bilirdik ki, əlbət bir gün buna nail olacayıq. Ümidimizi heç vaxt itirmədik və məqsədimizə çatdıq.
30 ilə yaxın davam edən işğala 44 gündə son qoyuldu. “Həlli yoxdur” – deyilən Qarabağ münaqişəsi həllini tapdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atandan və sülh əldə olunandan sonra Prezident İlham Əliyev xalqa müraciətində vurğulayırdı: “Məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin… Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə?”
Münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünə inandırmağa çalışanlara bunun üçün 30 ilə yaxın vaxt verildi. Bu müddət ərzində Azərbaycan dünyanı əzəli torpaqlarını güzəştə getməyəcəyinə inandırdı.
Azərbaycan bir tərəfdən diplomatik danışıqları davam etdirib, digər tərəfdən silahlandı, Ordu quruculuğuna böyük vəsait ayırdı. Yəni, uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin birinci yerdə olması təsadüf deyildi. Nəticə göz qabağındadır.
Savaşın əsas qəhrəmanı odur, nizami Azərbaycan Ordusu və onun əsgəridi. Qələbə məhz onların – qəhrəman oğulların qanıyla yazdığı qürur hekayəsidir. Bu qədər mürəkkəb hərbi əməliyyatlar icra edə biləcəyini və irəliləyəcəyini düşünməyən müşahidəçilər üçün Azərbaycan Ordusu meydana uğurlu nəticələrlə çıxdı.
Azərbaycan əsgəri qəhrəmandır. O psixoloji cəhətdən yüksək səviyyədə qiymətləndirilən bir qüvvəyə qalib gəlib. Uzun illər böyük istehkamlar qurmuş, işğal etdiyi ərazinin müdafiəsini gücləndirmiş amansız bir qüvvəyə.
Azərbaycan əsgəri, sadəcə beton ehkamları dırnaqları ilə aşmadı, həm də düşmənin yüksək psixoloji keyfiyyətlərini də yerlə bir etdi. Bunu necə etdiyinə gəlincə, bu mövzu müharibə dövründə də, ondan sonra da dünya mətbuatının maraq obyektindədir. Və Beləliklə…
Qələbə bizimdir, Qarabağ bizimdir!. Şükürlər olsun ki, Bütün Şəhidlərimizin qisasını aldıq. Allah hər bir Şəhid ailəsinə səbir versin, haqqları ödənməzdir…
Azərbyacan Dillər Universiteti
Orucova Fatimə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki