image-thumbbackend

Cavanşir Feyziyev: “Avropa İttifaqı dövlətləri İttifaq səviyyəsində qəbul olunan qərarları sabotaj etməkdən belə çəkinmirlər”

image-reklam_sirab_01
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır. O həmçinin bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında mübahisələrin aradan qaldırılmasına və münasibətlərin normallaşmasına öz töhfəsini verməyə çalışır. Olduqca müsbət və konstruktiv açıqlamadır və Şarl Mişelin səmimiyyətinə inanaraq bu bəyanatın yerinə yetirilməsi imkanlarına baxaq”.
Vetetinfo.az xəbər verir ki,bunu Milli Məclisin üzvü,millət vəkili Cavanşir Feyziyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanı ilə bağlı bildirib.Millət vəkili qeyd edib ki,Avropa İttifaqı ilə sıx təmasda olduğumuz son 30 ilin təcrübəsi göstərir ki, Aİ- ı adından elan olunan və irəli sürülən təklif və təşəbbüslər heç də Aİ- nın bütün üzv dövlətləri tərəfindən dəstəklənmir: ” Bir çox hallarda isə ayrı-ayrı Aİ dövlətləri İttifaq səviyyəsində qəbul olunan qərarları sabotaj etməkdən belə çəkinmirlər. Azərbaycana və Türkiyəyə qarşı münasibətdə isə şimali Avropa ölkələri, o cümlədən Fransa və Almaniya xüsusilə qərəzli və qeyri-obyektiv davranışlar sərgiləyir. Bunu həm 30 illik işğal zamanı, həm Vətən müharibəsinin gedişində və həm də post- müharibə dövründə gördük. Nəticə ondan ibarətdir ki, Avropa İttifaqı nə qədər ümumbəşəri dəyərlərdən danışsa da onun real siyasəti bu dəyərlərə əsaslanmır və Avropanın guya bölgəmizdə sülh yaratmaq istəyinə etibar etmək və bunun bizim üçün zərərsiz olacağına inanmaq sadəlövhlük olardı. Avropa üçün ən böyük dəyər özünə lazım olan siyasi və iqtisadi dividendləri əldə etməklə həm də xristian həmrəyliyinə sadiq qalmaqdır. Məsələyə tərəfsiz və obyektiv baxış onu göstərir ki, Cənubi Qafqazda sülhün qarantı yalnız Azərbaycan və Türkiyə ola bilər. Türkiyədən başqa bütün digər beynəlxalq və regional güc mərkəzlərinin izlədiyi “xristian həmrəyliyi” siyasəti onların obyektiv və qərəzsiz yanaşmasına mane olur”. Cavanşir Feyziyev onu da qeyd edib ki, belə bir şəraitdə bütün dünya ilə əlaqələrimizi lazımi ölçülərdə tənzimıəməklə bərabər Türkiyə və digər türkdilli dövlətlərlə münasibətlərin daha da sıxlaşdırılması və daha yüksək siyasi və iqtisadi səviyyəyə qaldırılması ilə Azərbaycan bütövlükdə bölgənin daimi söz sahibi ola bilər və inanıram ki, belə də olacaq.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki