image-1625816572334346530_367x266backend

Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı Çin dilinə tərcümə olunub

image-reklam_sirab_01

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı Çin dilinə tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, kitabın yaxın aylarda Çin dilli oxuculara təqdim olunacağı gözlənilir. 2013-cü ildə Azərbaycanda “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı nəşr olunub. 2014-2021-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus, macar və uyğur dillərinə tərcümə edilərək bu ölkələrdə çap edilib.
Kitabda təkcə türk xalqının şanlı tarixi əks olunmur, eyni zamanda, günümüzdəki problemlərə də toxunulur. Kitab – “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir.
Həmçinin kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir. Qeyd edək ki, azərbaycanlı deputatın müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki