Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilir.
Vətəninfo.az xəbər verir ki, sözügedən əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.
Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.
Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.