Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb. Nazir qeyd edib: “Görüşdə bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik”.


























