image-b0639f57-ce37-3afe-9cba-31b52893b5d3_850backend

Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb

image-reklam_sirab_01

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.

Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki