image-indir-2backend

“Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdır”.

image-reklam_sirab_01

Qarabağım.Ala bilmediyim havam,içə bilmədiyim suyum,görə bilmədiyim təbiətim.Aylar əvvələ qədər ürəyimiz , qəlbimiz Qarabağ həsrəti ilə tutuşub yanır,ciyərlərimiz parçalanırdı.Amma indi qürur və sevinc göz yaşları ilə deyirəm “Qarabağ bizimsən”.
Qızıl ürəyimdə yaqut qaşlı Kəlbəcər bizimsən.!
Göy üzü qəlbimdə günəş işıqlı Şuşam bizimsəm.!
Parçalanmışdın Vətənim.Sinəsini qalxantək önə verib necədə birləşdirdi səni igidlərimiz. 30 illik həsrət,vüsal ilə bitdi.
Şanlı bir zəfərə imza atdıq.Biz  tarix yazdıq,  biz dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Bu müharibədə ermənilərin özləri ağıllarında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu.
Qarabağımızın tarixinə nəzər salaq. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.
1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni “siyasətçilərinin” susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, “siyasətçilər” onları qabağa verdilər. Hətta, 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.
1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.

Nəsimi rayon gənci
Məmmədova Günay

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki