image-376043_res_01backend

Daşkəsəndə həmkəndlisini güllələyən şəxs tutuldu

image-reklam_sirab_01

Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb. Rayonun Zivlən kəndində, 1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki