image-b12b07cd-5215-4b80-98b9-015de5ba45f6backend

“Davam” Gənclər Evləri ilə əməkdaşlıqları genişləndirir

image-reklam_sirab_01
Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir. Proses çərçivəsində “Davam”  Gənclər Evləri ilə əməkdaşlıqları genişləndirir.
Regional layihələrin icrası ərəfəsində “Davam” Gənclər Hərəkatı ilkin mərhələdə 4 Gənclər Evi ilə qarşılıqlı əməkdaşlığı tərəfdaşlıq səviyyəsinə yüksəldib. 21-25 avqust tarixlərində Şəmkir, Ucar, Qaradağ və Qobustan rayonlarında baş tutan şəbəkələşmə görüşləri zamanı sözügedən bölgələrin Gənclər Evləri ilə memorandum imzalanıb.
Memoranduma əsasən birgə tərəfdaşlıq formatında görüləcək işlər müzakirə olunub, atılacaq növbəti addımlar barəsində fikir mübadiləsi aparılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki