image-82bb0b21-2373-3865-bc33-6f2e3e282106_850backend

DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

image-reklam_sirab_01

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək “Al-Tumama” stadionunun istifadəyə veriləcəyi tarix müəyyənləşib.

Veteninfo.az-ın məlumatına görə, arenanın açılış mərasimi oktaybrın 22-də təşkil olunacaq.

Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 6-cı stadiondur. Açılış “Əl-Sədd” və “Əl-Rayan” komandaları arasında Əmir Kubokunun final oyunu zamanı baş tutacaq.

“Al-Tumama” stadionu 40 min azarkeş tutumuna malikdir. Burada DÇ-2022-nin qrup oyunları, 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.

Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr – 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki