RMC Sport-un məlumatına görə, Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ Fransa millisinin hücumçusu Usman Dembele ilə müqaviləni uzatmaq istəyir.
Vətəninfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Paris klubu müqaviləni bir və ya iki il uzatmaq istəyir.
Dembele 2023-cü ilin yayında “Barselona”dan PSJ-yə keçib. Son Fransa çempionatında o, 22 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Keçən il “Qızıl top”u qazanıb.


























