image-modern-az-09-07-2021-1625816851backend

Deputat parlamentdə ölkədə geniş yayılan narkotik təhlükəsindən DANIŞDI

image-reklam_sirab_01

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında bir çox məqamlara toxunub.

Veteninfo.az xəbər verir ki, deputat həmin məqamları qeyd edib:

“Son dövrlər mediada və sosial şəbəkələrdə müxtəlif rayonlarımızda meşə sahələrinin kütləvi qırılması ilə bağlı müqayisəli peyk xəritələr paylaşılmaqdadır və təəssüf ki, bu məlumatlar əksəriyyəti həqiqəti əks etdirir. Görünən odur ki, 2017-ci ildən bu yana yüz  hektarlarla meşə sahəsi məhv edilib və biz 3-5 manat mənfəətə görə öz ekologiyamıza, övladımızın nəfəsinə qənim kəsilmişik.
Baxın, ortada cənab Prezidentin bir iradəsi var, Bakı şəhərində son illər aparılan bütün söküntü işlərinin yerində parklar salınır, dövlət başçısı Sovetski kimi bir bahalı ərazini yaşıllıq zonasına çevirdi, bulvarı milli parka çevirib bir neçə dəfə böyütdü, paytaxtda digər oxşar misallar çoxdu. Yəni tariximizin heç bir dövründə yaşıllığa münasibət İlham Əliyev hakimiyyəti qədər həssas olmayıb, təsəvvür edin, bizim yaxın 10 illik Milli Prioritetlərimizdən biri Yaşıl artım ölkəsi olmaqdır.  Yaxşı indi dövlət başçısının iradəsi bu yöndədirsə, bunlar kimdir ki, meşələri qırasınız? Mən hansısa sahibkarı hədəfə gətirib linç olunması tərəfdarı deyiləm, o da bizimdir. Sadəcə problemə yol açan məqamları aradan qaldırmalıyıq.
Birincisi, meşə fondu torpaqlarının xəritəsi hələ də ictimaiyyətə açıqlanmır. Niyə? Burda hansı sirr var, bu gün ən müasir peyk sistemləri ilə hətta hərbi obyektləri görmək olur, yaxşı indi meşə fondu torpaqlarının sərhədlərini biz kimdən gizlədirik?
Digər vacib səbəb, meşə fondu ərazisi əvvəllər 10 illiyə icarəyə verilirdi, meşə məcəlləsində 2017-ci il dəyişikliyindən sonra bu müddət 49 ilə qaldırıldı, bununla da torpaqların istifadəyə nəzarət imkanları zəiflədi. Ümumiyyətlə meşə fondu torpaqları icarəyə verilir ki, məhv olmuş meşə massivləıri bərpa olunsun, bizdə nə edilir, əksinə meşələr məhv edilir obyekt tikilir, yerində bağ salınır, yaxud əkin əkilir. Mən iqtisadi fəaliyyətin filan əleyhinə deyiləm, gücümüzə güc qatır, amma niyə obyekt, yaxud  əkin sahəsi meşə hesabına tikilməlidir ki, yaxşı olmazmı ki, elə obyekt tikilsin sonra ətrafında meşə salınsın”.
Bəhruz Məhərrəmov digər narahatedici məqama da toxunub:
“Məni narahat edən digər məqam, Azərbaycanda ucuz hər kəs üçün əl çatan olduğu üçün daha  təhlükəli olan narkotik vasitələrin yayılması ilə bağlıdır. Bu gün gənclər arasında o şüşə yaxud pati deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüb qalır. Mən Dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhəddini rahat keçə bilir?  Niyə bir dəfə biri öz ölkəsinin sərhəddini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, etsək etsək bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə  dəyməz. Düzdür cəzanı sərtləşdirmək həçmişə effekt vermir, amma biz digər tədbirlər fonunda Cinayət qanunvericiliyində 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə  görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki