image-6ae124c3-2483-4e3b-a414-40c9d06ba7abbackend

Dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və əmin-amanlığın  olmasına şərait yaradır  

image-reklam_sirab_01

Regionda  Azərbaycanın  yaxın  müttəfiqlərindən olan Gürcüstanla diplomatik əlaqələr 1992-ci ilin noyabrın 18-də yaradılıb. Ülu  öndər Heydər Əliyev  və keçmiş Gürcüstan  Prezidenti  Eduard  Şevardnadzenin  dostluğunun çox  böyük tarixçəsi var. 1993-cü ildə  Heydər Əliyev və  Eduard Şevardnadzenin hakimiyyətə  gəlişi hər iki ölkənin tarixində  əsaslı dəyişikliklərə, eyni zamanda  ölkələrarası dostluq münasibətlərinin qurulmasına  səbəb olmuşdur. İki ölkə arasındakı münasibətlərin tənzimlənməsində  1995-ci ildə  bağlanan müqavilə xüsusi rol oynamışdır. Müqavilə həm siyasi, həm iqtisadi, həm də hərbi sahələri əhatə etmişdir. Ulu öndərin hakimiyyəti illərində əsası qoyulan dövlətlərarası münasibətlər İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də davam etdirilmiş, bu sahədə əsaslı addımlar atılmışdır.

Cənab Prezident  İlham  Əliyevin cari səfəri sayca Gürcüstana  11-ci səfəridir. Səfər çərçivəsində cənab Prezident bir çox məsələlərə toxunmuş, ölkələrarası əməkdaşlığı yüksək qiymətləndirmiş, nəqliyyat və enerji layihələri barədə aparılan işlərə  münasibət bildirmişdir. Otuz illik   tarixə malik olan Gürcüstan-Azərbaycan münasibətləri bu illər ərzində dinamik şəkildə inkişaf edib, bir çox sahələrdə əməkdaşlıq formalaşıb. Dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və əmin-amanlığın  olmasına şərait yaradır.

Günel Abbasova

Bakı şəhəsi 89 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image