image-1626947289-003-620x403backend

Dövlət başçısının regionlara müntəzəm səfərləri ölkəmizin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

image-reklam_sirab_01

Prezident İlham Əliyev fəaliyyəti dövründə regionalara yüksək diqqət və qayğı göstərir. Bu mənada ölkə başçısının səfərləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti xalqın sosial rifahının yüksəldilməsi ilə bağlıdır. Bu mənada regionlarda yaşayan insanlar xüsusi diqqət və qayğı tələb edir. Artıq uzun müddətdir ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar icra edilməkdədir. Məhz bu proqramların uğurlu icrası nəticəsində regionlarımiz ilbəil inkişaf edir, Avropa standartlarına inteqrə olunurlar. Bu proses də özlüyündə insan faktoruna ciddi təsir edir. Regionlarda sosial rifah yüksəlir, yeni iş yerləri açılır, sahibkarlar üçün yeni imkanlar yaradılır. Bu mənada Prezidentin regionlara səfəri xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı verdiyi tapşırıqları yerindəcə yoxlaması məmurlardan məsuliyyət yaradır.
Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biridir. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqəti var. Dövlət başçısının mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır”.
Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur: “İl ərzində regionlarda 26 milyard manata yaxın məhsul istehsal olunur. Bu da praktiki olaraq ölkə üzrə istehsal edilən məhsulların 27 faizə yaxınının regionların payına düşməsindən xəbər verir. Statistikaya diqqət yetirsək görərik ki, regionların ÜDM-dəki payından artımlar qeydə alınır”.
Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarının inkişafı məsələləri də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Hətta hazırda koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bir vaxtda da dövlət başçısı regionlara səfərlərini davam etdirir, vətəndaşların sağlamlığı, təhlükəsizliyi ilə bərabər, rayonlarımızda sosial-iqtisadi inkişafla bağlı real vəziyyətlə tanış olur. Bu günlərdə Azərbaycan liderinin Daşkəsə səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri həmişə yeni-yeni infrastruktur obyektlərinin, müxtəlif istehsal sahələrinin açılışı, o cümlədən, çoxlu sayda iş yerlərinin yaradılması ilə yadda qalır. Bu səfər də ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda, regionlarda sosial problemlərin həllinə əhəmiyyətli töhfə oldu.
Hamıya yaxşı məlumdur ki, regionlarımızın simasının köklü surətdə dəyişməsi, tərəqqisi, yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Dövlət başçısının regionlara mütəmadi səfərlər etməsinin əsas qayəsi də elə budur: vəziyyətlə yerindəcə tanış olmaq, vətəndaşlarla görüşüb onların güzəranı, həyat səviyyəsi ilə maraqlanmaq, çatışmazlıqları aradan qaldırmaq, görülməli olan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermək.
Bütün bunlar pandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafı, insanlar üçün yeni-yeni iş yerlərinin açılması ilə bağlı məsələlərin də dövlət başçısının diqqətində olduğunu göstərir. Şübhəsiz ki, Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər də kifayət qədər effektivliyi ilə seçilir, düşünülmüş qabaqlayıcı addımlar əhalini böyük fəlakətdən qoruyur. Əminik ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev həmişə vətəndaşın yanındadır, ölkənin rifahı naminə çalışır.
Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki