İnsan evinin olduğu yeri doğma torpaq adlandırır. Çünki, ev insanın özünü ən rahat hiss etdiyi yerdir. Buna görə, insanlar öz yaşadığı yerin torpağını qorumaq üçün əlindən gələni edir, ona ziyan vurmaqdan çəkinir. Lakin, bu anlayış vaxtilə haqsız yerə torpaqlarımızda yaşayan erməni xalqından bir qədər uzaqdır. Onlar illər boyu o ərazilərdə yaşasalarda , dünyaya bu torpaqların onların dədə-baba yurdları olduğunu sübut etməyə çalışsalar belə içdən-içə hər zaman bilirdilər ki, onlar bu ərazilərdə haqları olmadan yaşayırlar . Bu səbəbdən, yaşadıqları yerlərə ziyan vurmaqdan çəkinmir , meşələrimizi yandırır, su təchizatı sistemlərini məhv edirdilər. Bunların hər birini gizlin həyata keçirməyə çalışsalarda Kəlbəcər və Laçın rayonlarını tərk etmək üçün onlara iki həftə möhlət verərkən əsil iç üzlərini göstərməkdən çəkinmədilər. Bu 2 həftə ərzində evlərini dağıtdılar, meşələri yandırdılar və 12 su elektrik stansiyasının yararsız hala gətirdilər. Bu hərəkətləri ilə bütün dünyaya barbar bir xalq olduqlarını bir daha sübut etdilər.
Bu gün Ermənistan dövlətinin bütün səylərinə baxmayaraq biz bizim olanı geri aldıq və onların torpaqlarımıza vurduğu hər bir ziyanı bərpa etməyə qadirik. Belə ki, bu ilin sonuna qədər ölkə başçımız Prezident İlham Əliyevin əmri ilə həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı, yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Daha sonra ermənilərin təbiətə vurduğu ziyanın bərpası üçün yaşıl enerji layihəsi icra ediləcək. Bu işlərdə xarici enerji şirkətlərinin bizə köməyi olacaqdır. Zəfər yolunun yaradılması prossesi bu ilin sentyabrınadək tamamlancaq. Yeni Bərdə- Ağdam avtomobil yolu çəkilir. Bununla bərabər Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu , Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bütün bunlar çox çətin prossesi olsada biz cəmi 8 ayın içində bu qədər böyük işlər görməyə nail olmuşuq. Kəlbəcər- Göygöl arasındakı Ömər aşırımından yeni yol çəkilir. Bu gələcəkdə Kəlbəcərin turizm mərkəzinə çevrilməsinə kömək olacaqdır. Biz tarixi torpaqlarımıza layiqli münasibəti göstərərək bir xalqın öz doğma yurdunu necə qorumalı olduğunu bütün dünyaya nümayiş edirik .
Məmmədova Simranə
Nəsimi rayon gənci