image-8cd0dc35-6d5b-4f9a-bf2c-41b2c81016c3backend

Dövlətin diqqət və qayğısı

image-reklam_sirab_01

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı Azərbaycan dövlətinin əsas vəzifəsidir. 44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Torpaqlarımız düşmən tapdağından azad oldu, haqq – ədalət bərpa edildi. Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq işləriniə başlanılıb. Amma çox təssüf ki, müharibələr qurbansız olmur.

Ona görə də müharibədən sonra fəsadları aradan qaldırmaqla yanaşı zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli qayğı dövlətin ən əsas vəzifələrindəndir. Bu istiqamətdə də dövlət tərəfindən təsis edilmiş müxtəlif təyinatlı fondlar, həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Ali Baş Komandan İlham Əliyev  44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda bizə şanlı Zəfər qazandıran qəhrəman və qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu təbəqədən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin edilməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə  etdiyi hücumlar nəticəsində yüzlərlə ailə evsiz qalmış , 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Buna görə də Cənab İlham Əliyev bununla bağlı əhaliyə kömək edilməsi qərarını vermişdir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdə davam edir. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər  hələ də görülməkdə davam edir, minlərlə ev inşa edilir.

Bəli artıq Azərbaycan xalqı qalib xalqdır. Biz bu qalib və mübariz xalqın bir parçasıyıq. Azərbaycan xalqı uzun illərdir torpaqlarımızın geri qaytarılacağı günü səbirsiliklə gözləyirdilər. Sonunda 44 gün davam Vətən müharibəsi ərzində Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti və qəhrəmanlarımızın şücaəti ilə bu gün artıq əhalimiz ayaqlarını öz torpaqlarına rahatca qoya bilirlər.

Biz uzun illər ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı.

Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Bu qələbəyə bütün dünya şahid oldu. Hətta müxtəlif ölkələrdən gələn jurnalistlər, müxbirlər bunların canlı şahidi oldular və bu hadisəni bütün dünyaya çatdırdılar. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.

Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad edib. Biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Bundan sonra 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə də tarixi ədalət bərpa edildi;

Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir.

Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür.

Uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. “…Bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir”. Ermənilərin Azərbaycanın tarixi mədəni abidələrimizi dağıtması, məscidlərə hörmətsizlik etməsi danılmaz faktdır.

Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər. “Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidəmiz dağıdılır, İslam dininə aid olan nümunələrimiz məhv edilir. Şuşa, Ağdam məscidləri bu gün İslam adına yaraşmayan bir tərzdə vandalizmə məruz qalır. Məlumdur ki, Azərbaycanda dini-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı olub”.

Erməni işğalçıları tərəfindən məscidlərimizin təhqir obyektinə çevrilməsi dünyanın aparıcı mərkəzlərinin kəskin reaksiyasına səbəb olmur. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində mədəniyyət abidələrimiz, o cümlədən, məscidlərimiz dağıdılıb. Bu gün Ermənistan artıq Azərbaycanın nəyə qadir olduğunu çox yaxşı bilir. O bilməlidir ki , Qarabağ Azərbaycanındır  və həmişə də belə olacaq .

Hazırladı. Nəsimi rayon gənci  Lalə Yolçiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki