image-fd31f08c-4107-401f-b30d-bdc2dda77a5abackend

DTX İRANIN CASUS ŞƏBƏKƏSİNİ NECƏ İFŞA EDİB? – “Bu, uzunmüddətli işin nəticəsidir” 

image-reklam_sirab_01

“Dövlət Təhlükəsziliyi Xidməti (DTX) çox uğurlu bir əks-kəşfiyyat əməliyyatı həyata keçirib. Bir əməliyyatla İranın ölkəmizə qarşı casusluq edən 5 əməkdaşının ifşa olunması və “Vətənə xəyanət” maddəsi ilə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti ciddi, sistemli və uzunmüddətli işin nəticəsi olaraq dəyərləndirilə bilər”.

Vətəninfo.az  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspertin fikrincə, bu əməliyyat, İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədə hadisədir.

“Artıq görünən odur ki, qonşu İranın xüsusi xidməti açıq-aşkar Azərbaycan əleyhinə casus şəbəkəsi formalaşdırıb və özünün kəşfiyyat maraqlarını həyata keçirir”, – o əlavə edib.

O.Gündüz əlavə edib ki, bu tip hərəkətlər son zamanlar sosial mediada açıq fəaliyyət göstərən bəzi iranpərəstlərin də çıxışlarından görsənir: “Güman etmək olar ki, İranın son zamanlar Azərbaycan əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra bizə qarşı işləyən casus şəbəkə də aktivləşib”.

Ekspert qeyd edir ki, DTX-nın bununla bağlı açıqlamasında diqqət cəlb edən həm də bu agentura şəbəkəsinin topladığı məlumatları “Teleqram” və “WhatsApp” kimi sosial media resurslarından istifadə etməklə ötürməsidir: “Maraqlıdır ki, bu agentura şəbəkəsi daha təhlükəsiz olan “Signal”dan deyil, FETÖ şəbəkəsinin istifadə etdiyi “ByLock” tipli mesencerlərdən deyil, daha adi olan sosial resurslardan istifadə ediblər. Güman ki, artıq DTX “Meta” şirəkətinə və “Telegram”ın ofislərinə cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı əlavə məlumatların verilməsi üçün müraciət edib. Bu qlobal resurslar beynəlxalq normalara görə cinayət işi başlananlarla bağlı əsaslandırılmış sorğular daxil olduqda məlumatları təqdim etməyə borcludur. Amma adətən bu tip qlobal şirkətlərdə ikili standartlar da olur.Odur ki, ofşorda yerləşən “Telegram”ın casuslarla bağlı məlumatların Azərbaycan tərəfinə verəcəyi inandırıcı görsənməsə də, düşünürəm ki, “Meta” şirkətindən “WhatsApp” istifadəçisi olan casus şəbəkə üzvləri haqqında məlumatları əldə etmək olar.

Xüsusi xidmət orqanlarımızın İranın agentura şəbəkəsinə qarşı fəaliyyəti təqdirəlayiqdir”.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki