image-966022_0backend

Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə – VİDEO – FOTO

image-reklam_sirab_01

Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir.

Veteninfo.az  Trend-ə istinadən bildirir ki, bunu Trend BİA baş direktorunun müavini Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media-platformasının təqdimatında çıxışı zamanı deyib.

O bildirib: “Bu gün biz Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq, 100 illik tarixi ilə böyük nüfuz və geniş auditoriya qazanmış Rusiyanın TASS agentliyi ilə tərəfdaşlıqda layihəmizi təqdim edirik.

“Еastweststream.com” platforması Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılamağı hədəfləyir. “EastWestStream”, həmçinin geosiyasi prosesləri əhatə edəcək, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu, siyasi proseslər barədə etibarlı xəbər mənbəyi kimi cıxış edəcək”.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən nüfüzlu ölkəsinə çevrilib: “44 günlük Vətən Müharibəsində qazandığımız qələbə Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsini, dövlətimizin gücünü, müzəffər xalqımızın əzmini və ordumuzun rəşadətini bütün dünyaya sərgilədi. Bir daha Ali Baş Komandan və Azərbaycan Ordusuna bu böyük zəfərimiz üçün minnətdarlığımızı bildirirəm. İşğalçı Ermənistan üzərində ədalət müharibəsində qələbəmiz münasibətilə sizləri bir daha təbrik etmək istəyirəm. Bu möhtəşəm zəfəri vətənimizə bəxş etmiş bütün şəhidlər qarşısında baş əyirik. Vətən torpaqlarının bütövlüyü uğrunda öz sağlamlığını itirmiş qəhrəman qazilərimizə uca tanrıdan şəfa diləyirik”.

Onun sözlərinə görə, müstəqilliyimizin bərpa olunmasından 30 il sonra böyük fəxrlə deyə bilərik ki, sürətli inkişaf yolu keçdik, dünyanın siyasi xəritəsində nüfuzlu ölkəyə çevrildik: “Bu illər ərzində dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş media sektoru da sürətlə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sektorunun inkişafına yönəlik addımları, xüsusilə  jurnalistlərə daimi dövlət qayğısı, milli mətbuat ənənələrinə söykənən, müasir çağırışlarla ayaqlaşan media strukturlarının yaranmasına mühit yaradıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub. Bu gün təqdim etdiyimiz layihə də media sahəsində aparılan uğurlu dövlət siyasətinin daha bir təzahürüdür”.

E.Əliyev bildirib ki, “Еastweststream.com” texnoloji baxımdan unikal rəqəmsal media platformadır, layihə çərçivəsində Şərq və Qərbin aparıcı media strukturlarının birləşdirilməsi mümkün olacaq: “Layihəmizin əsas hədəflərindən biri məhz Şərqdən Qərbə və əks istiqamətdə məlumat axınını təmin etməkdir. Gələcəkdə yeni nüfuzlu tərəfdaşlar cəlb etməklə Şimal-Cənub, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanı bir növ məlumat tranzit qovşağına çevirmək niyyətindəyik. Trend agentliyi hesab edir ki, portal geniş auditoriya toplayacaq, beynəlxalq aləmdə biznes və siyasi elita üçün faydalı və etibarlı məlumat mənbəyi olacaq. Eyni zamanda, TASS agentliyinin Rusiyanın media bazarındakı nüfuzunu nəzərə alaraq ümidvarıq ki, EastWestStream Rusiyada da öz dəyərli yerini alacaq”.

Onun sözlərinə görə, “EastWestStream” layihəsi Azərbaycan KİV-lərinin səviyyəsini nümayiş etdirir: “Qloballaşan dünyada rəqəmsal texnologiyaların inkişafı və tətbiqi artıq yeni trend və ya dəb deyil – təhlükəsizlik və inkişafın başlıca amillərindəndir. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan KİV-ləri qabaqcıl texnologiyalardan istifadə etmək və bu texnologiyaları gündəlik proseslərinə inteqrasiya etmək potensialına malikdir. Bu isə öz növbəsində, ölkəmizin müxtəlif kibertəhdidlər və yeni trendə çevrilmiş hibrid müharibələrindən effektiv qorumasına kömək edəcək.

Simvolikdir ki, bugünkü təqdimat mərasimi 22 iyul – Milli Mətbuat Günü ərəfəsində keçirilir. Xatırlatmaq istərdim ki, bu yaxınlarda biz digər böyük layihə – Türk dunyasının ilk rəqəmsal media platforması – “Turkic World” portalını təqdim etdik. Qısa zaman ərzində layihəyə türkdilli ölkələrin nüfuzlu media resursları qoşulub və qoşulmaqdadırlar. Hesab edirəm ki, “Turkic World” və “EastWestStream” kimi ambisiyalı layihələrin reallaşdırılması milli mediamızın inkişaf səviyyəsinin təzahürüdür. Bütün media nümayəndələrini peşə bayramımız münasibətilə təbrik edirəm. Hamımıza gələcək işlərdə uğurlar arzu edirəm və əminəm ki, birgə əməkdaşlıq çərçivəsində yeni nailiyyətlərə imza atacağıq”.

http://


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki