image-e836a452-52e5-4411-a433-62a58a396312backend

Əliabbas Salahzadə: Azərbaycan tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn yoxluğu barədə fikirləri dəyişdi

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edərək avqustun 29-da dövlət başçısı,  Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Şuşaya növbəti  səfərlərini mühüm hadisə kimi dəyərləndirib: “Ölkə Prezidentinin  Şuşada Vaqif Poeziya Günlərinin açılışındakı çıxışında qeyd etdiyi kimi, işğal dövründə  həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı  fikirləşirdi ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı,  bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq lazımdır. Ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək, fədakarlıq göstərmək lazımdır. Bəli,  ədalət bərpa edildi,  bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Vətən müharibəsi 30 ilin işğalına son qoymaqla yanaşı, dünyaya ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu çatdırdı. Baxmayaraq ki, bu müddətdə  ədalətin mövcudluğu sual doğurur,   Ermənistan himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparmaqla vaxt qazanırdı. Azərbaycan dövləti mövqeyində dəyişməz olduğunu bəyan edərək hec zaman işğalla barışmayacağını, sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızı   müharibə yolu ilə azad edəcəyini bəyan edirdi. Möhkəm hüquqi baza  bu bəyanatı səsləndirməyə əsas verir, həmçinin 44 günlük Vətən müharibəsini şərtləndirdi.”

Əliabbas Salahzadə qeyd edib ki, ölkə Prezidentinin vurğuladığı kimi  Şuşa bizi gözləyirdi və biz gəldik: “Son 18 il ərazi bütövlüyümüzün bərpa olunmasına hazırlıq dövrü kimi xarakterizə edilir. Azərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, təcrübəsi ilə nümunə oldu. Ordu quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması görülən işlərin nəticəsidir.  Xalqımızda torpaq, Vətən sevgisi  işğal altında olan torpaqlarımızı azad etməyə çağırışlar edirdi. Nəhayət, 27 sentyabr 2020-ci il xalqımızın səbrinin tükəndiyi, Azərbaycan Ordusunun  Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “hücum” əmrini aldığı gün kimi taixə yazıldı. Cənab İlham Əliyevin qeyd olunan tədbirdə çıxışı 30 il işğal dövrünün və Vətən müharibəsinin  bir daha mənzərəsini təqdim etdi. ”

Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimiz hec zaman unudulmayacaq bir hadisədir: “ İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada bərpa və quruculuq işləri həyata keçirilir. Şuşanın beynəlxalq standartlara uyğun bərpası ilk gündən qarşıya mühüm vəzifə kim qoyulub. Avqustun 29-da dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşanın baş planı təqdim edildi. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Baş plana uyğun yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.”

“Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həmçinin “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin ənənəsinin yenidən bərpası Azərbaycan xalqının zəngin mədəniyyətinin, tarixinin təqdimatıdır” söyləyən Əliabbas Salahzadə  qeyd edib ki,  dövlət başçısı İlham Əliyevin noyabrın 8-də Şuşanın işğldan azad edilməsi müjdəsini xalqa çatdırarkən səsləndirdiyi “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa,  biz səni dirçəldəcəyik!” fikirləri artıq reallıqdır: “Şuşanın bərpasına bu ilin yanvarın 14-də start verilsə də  görülən işlərin miqyasının böyüklüyü, eyni zamanda,  bu reallığı da təsdiqləyir ki, necə ki qısa zamanda birliymiz, həmrəyliyimiz sayəsində torpaqlarımızı işğaldan azad etdik, elə də  bu ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirəcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Qarabağ cənnət məkana çevriləcək. Qalib Azərbaycanın qalib Liderinin  Şuşaya davamlı səfərləri, hər səfərin tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qalmas


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki