image-img-20210906-wa0007backend

Əliabbas Salahzadə: Tezliklə vaksinin müsbət təsirini görəcək və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolundan  bəhs edərək  bildirib ki, bu gün ölkəmizin  sözünün imzası qədər dəyərinin olması, müstəqillik tariximizə qəhrəmanlıq salnaməsini yazan 44 günlük Vətən müharibəsində Qələbəmiz, Dağlıq Qarabağ  münaqişənin tarixə qovuşaraq yeni səhifənin açılmasında əsas rol oynayan möhkəm hüquqi bazanın formalaşdırılması dövlətimizin   uğurlu siyasətinin  nəticəsidir: “Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki siyasətindən “baş açmadığını” söyləyən Əli Əliyev kimi  “sapı özümüzdən olan baltalar”  belə yanaşmaları ilə “düşmən dəyirmanına su tökdüklərini”  qabarıq şəkildə büruzə verirlər. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  Qələbə sevincini  bizə yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını  bildirir. İllərdir uğurlarımıza qara eynəkdən baxmağa adətkar olan  daxili bədxahlarımız  qərəzi bir kənara qoyub Zəfərimizə gedən yolu ədalət meyarına söykənərək  təhlil etsələr hər bir uğurun böyük səylərin, qətiyyətin nəticəsi olduğunu görər, apardıqları yanlış təbliğatlardan utanc hissi keçirərlər. Bir mühüm məqamı da unutmayaq ki, dövlət başçısı İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir» çağırışı bu ünsürlərə ciddi dərs olmalıdır.”

Millət vəkili qeyd edib  ki,  Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məntiqsiz açıqlaması ilə özünə qarşı mənfi rəyi daha da artırır: “Bugünümüzün əsas hədəfi  birlik, həmrəylik nümayiş etdirib işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək, soydaşlarımızın bu torpaqlara Böyük Qayıdışına dəstək olmaqdır. Bu gün Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamız  “Xarıbülbül” musiqi festivalına, Faqif Poeziya Günlərinə ev sahibliyi ertməklə  ənənələrin bərpasından qürurlanır.  Zəfər Yolumuzun tikintisi başa çatmaqdadır. “Ağıllı kənd” layihəsi çərçivəsində ilk olaraq  Zəngilan rayonunun   sakinləri dogma yurdlarına hazırlaşır. Bu sıralamanı xeyli davam etdirə bilərik.  Belə xoş hadisələrin  yaşandığı bir vaxtda Azərbaycanın  beynəlxalq münasibətlərdə siyasətindən “baş çıxarmamaq”  kimi sərsəm   açıqlamanın  gündəmə gətirilməsi   təəccüblə qarşılanmaya bilməz.”

Ə.Salahzadə Vətəndaş və İnkişaf Partiyasının sədrinin, həmçinin vaksinləşmənin  əleyhinə olduğunu vurğulayıb: “Azərbaycanın koronovirus infeksiyasına qarşı  mübarizənin başlandığı  gündən istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirdiyi tədbirlərin miqyasına və əhəmiyyətinə diqqət yetirmək kifayətdir. Azərbaycan,  eyni zamanda, qlobal problemə qarşı birgə mübarizənin vacibliyini bildirərək  Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, BMT Baş Assambleyasının  Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı. Bu dəstək də Əli Əliyevə “çatmayan” xarici siyasətimizin uğurudur.”

Millət vəkili bildirib ki koronavirus infeksiyasına yoluxanların  və  ölüm hallarının artdığı, bu səbəbdən  vaksinasiyaya  daha çox ehiyac duyulduğu bir zamanda ictimai fikri çaşdırmaq üçün bu  prosesin əleyhinə olmaq çoxsaylı sualların yaranmasına səbəb olur:  “Vaksinin  gələcəkdə müxtəlif fəsadlara yol açacağı barədə qeyri-ciddi fikirləri  ilə  çaşqınlıq yaratmağa çalışan Əli Əliyev koronavirusa yoluxanların sayının artmasından niyə narahatlıq keçirmir? Dövlətimiz, ölkə Prezidenti İlham Əliyev hər zaman vətəndaşının yanındadır, onların sağlamlığının təminatı prioritetdir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlanan ilk gündən insanların sağlımlığı öndə saxlanılıb. Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən peyvəndin edilməsi nəticəsində qısa zamanda vaksinin müsbət təsirini görəcək və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq.  Əli Əliyev kimilər  insanları vaksinasiya prosesindən  uzaqlaşdırmaqla bu prosesin gecikməsində maraqlı olduqlarını  nümayiş etdirirlər. Belə ünsürlərə xalqın cavabı heç zaman dəyişmir. Dövlətin, xalqın bu gününü, gələcəyini düşünməyən, hər bir məsələyə öz  yanlış  düşüncələrindən yanaşaraq münasibət bildirən Əli Əliyev kimilərin ölkəni idarəetmək  xülyasına  düşmələri təəccüblü və gülüncdür.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki