image-f6ede5f7-816d-4cd1-be82-0dca5f0ae56a_930backend

Elm adamları, media və təhsil işçilərinin vəzifəsi.

image-reklam_sirab_01

Təhsil insan həyatının ayrılmaz hissəsidir.Ancaq sadəcə müəyyən fənləri bilmək kifayət etmir. İnsan tarixini də dərindən bilməlidir ki, müharibə zamanı hər tərəfli məlumata sahib olsun və haqq-ədalət meydanında düşmənlərinin yalanını bütün dünyaya çatdıra bilsin.
Kiçikdən-böyüyə gələcək nəsilləri erməni vəhşiliyini haqqında məlumatlı olması və həmin o, faciəli günləri unutmamaları üçün müharibə və müharibədən əvvəlki dövr ilə bağlı dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda geniş məlumatlar verilməlidir.
Erməni vəhşiliyini bütün dünyaya çatdıra bilmək üçün elm adamları,təhsil işçiləri ilə yanaşı media nümayəndələrinində rolu böyükdür. Erməni vəhşiliyini dünyaya çatdırmaq istərkən neçə media nümayəndəsi şəhid olmuşdur. Bu hadisə yalnız 44 günlük zəfər zamanı deyil, 1-ci Qarabağ müharibəsi və Zəfər tariximizdən sonrada təkrarlanmışdır. Öz vəzifələrini yerinə yetirdikləri zaman, media işçilərimizin minaya düşməsi, onların vətən eşqi əsl qəhrəmanlıq simvoludur.
Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir. Amma nədənsə bizdə xüsusi hallar istisna edilməklə KİV-lər bu məsələdə həssaslıq göstərmir, tarixi torpaqlarımızın adlarını erməni, rus, gürcü və ya fars toponimləri ilə verirlər. Bu etinasızlığa Prezident İlham Əliyev etiraz etdi:
“İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.
Prezident İlham Əliyev çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən tez-tez istifadə edir, bu toponimlərin populyarlaşdırılması Azərbaycanın ictimai fəallarının, elm və media işçilərinin vəzifəsidir.
44 günlük müharibə dövründə media işçiləri Azərbaycanın səsini, Qarabağ zəfərini və erməni təcavüzkarlığını ictimailəşdirmək üçün gecə-gündüz çalışırdılar. Eyni əzmi müəllimlərimizdə göstərirdi. Onlar hər bir dərsdə öz şagird və tələbələrinə vətənpərvərlik hislərini aşılamağa çalışır, nümunələri buradan çəkir, şəhidlərimizi tanıdırdılar. Təbii ki, qələbəmiz gənclər üçün əsl məktəb oldu.
Elm adamları, media və təhsil işçilərinin vəzifəsi gənclərin müharibənin yaşatdığı acı ilə yanaşı, sevincli günlərinin unutdurmamaq və erməni təcavüzünü bütün dünyaya çatdırmasında hər daim arxalarında olmaqdır.

Oruczadə Ələviyyə
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki