image-resize-2backend

Əməkdar artistdən ETİRAZ: “Buna “dur“ deyən tapılacaq?“

image-reklam_sirab_01

Əməkdar artist Aybəniz Haşımova mediada müğənnilərlə bağlı yazılan neqavit yazılar, başlıqlar, orada yer alan şərhlərlə bağlı narahatlığını dilə gətirib.

Veteninfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi müğənnilərə qarşı aqressiya olduğunu bildirib:

“43 ildir ki, səhnədəyəm. Əvvəllər biri-birindən gözəl müsahibələrim olub ki, hətta nəyisə həyəcandan, yaxud unutduğumdan deməmişəmsə, həmin jurnalist əlavə edərək yazıb və xalqımıza gözəl bir məqalə təqdim edib. İndi isə tam tərsinə, dediyin sözləri baş-ayaq yazıb və ürəklərindən keçən demədiyin eybəcər bir başlıqla hətta ona yox, başqa bir sayta verdiyin müsahibəni səhifələrində paylaşıb insanları gözdən salmağa çalışırlar. Bu hərəkətə hansı adı vermək vermək olar, sizcə? Bu nə biabırçılıqdır? Buna dur deyiləcək nə vaxtsa? Ölü, diri bilmirlər, uşaq, böyük, bilmirlər… Bu nə vaxta qədər belə olacaq? Yetirənə yetirlər, yetirməyənə bir daş atırlar. Allahın çox pis qəzəbinə gələcəklər. Ramazan ayıdır, Allah günahlarınızı bağışlasın. Allah şeytanı ətrafımızdan uzaq etsin”.Yenisabah.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki