image-50backend

Ərdoğan: “İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına son qoyuldu”

image-reklam_sirab_01

“Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu”.

Veteninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarları icra olunub. Azərbaycan bu şəkildə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini inkişaf etdirib”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan vurğulayıb ki, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün zəfərin müjdəçisi olub: “Qarabağ Zəfəri ilə sadəcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgədə həsrətini çəkdiyimiz qalıcı sülh, sabitlik və əməkdaşlığa gedən yolun qarşısı açılıb. Bu vəsiləylə əziz qardaşım İlham Əliyevə Türk Dünyası Ali nişanını təqdim etməkdən qürur duyuram və şəhidləri dərin ehtiramla yad edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki