image-397e9d4d-9fc5-384e-986f-7a4c74d59647_850backend

Ərdoğan: “Türkiyə Avropa üçün əvəzolunmazdır”

image-reklam_sirab_01

Dünyada baş verən son hadisələr Türkiyənin Avropa qitəsi üçün əvəzolunmazlığını göstərir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışında deyib.

“Dünyada baş verən hadisələr göstərir ki, Türkiyə Avropa Birliyi və Avropa regionu üçün əvəzolunmazdır”, – dövlət başçısı deyib.

Ərdoğan Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitinin iştirakçılarının Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Ankaranın vasitəçilik rolunu yüksək qiymətləndirdiklərini bildirib.

Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginliyinə toxunan Ərdoğan bu məsələdə Brüsselin mövqeyini tənqid edib.

Türkiyənin dövlət başçısı Avropa İttifaqını Yunanıstanı Ankara ilə ikitərəfli əsasda dialoqa dəvət etməyə, Afinanın Avropa birliyi və həmrəyliyi bəhanəsi ilə qeyri-qanuni təşəbbüslərini dəstəkləməməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki