image-1-63-780x470backend

Erməni siyasətçi: “44 günlük müharibədə Ermənistan Azərbaycandan keçən neft və qaz kəmərlərini vurmalı idi”

image-reklam_sirab_01

“Hakimiyyət deyir ki, keçmiş hakimiyyətlər Qarabağı təslim edib, Qarabağdan çəkilib. Açıqca xatırlatmaq istəyirəm ki, 2016-cı ildə, aprel döyüşləri baş verəndə Serj Sarkisyan diplomatik korpusu dəvət etdi və açıq şəkildə bəyan etdi ki, müharibə davam edərsə, Ermənistan Qarabağın müstəqilliyini tanıyacaq. Üstəlik, Ermənistanın arsenalında olan bir sıra silahlardan istifadə edəcək”. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının rısmisi Levon Nazaryan deyib.

Nazaryan daha sonra bildirib ki, Paşinyan hakimiyyəti Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərini vura bildiyi halda, bu imkandan istifadə etməyib. “Yaxşı, desinlər, 44 günlük müharibədə Ermənistanın arsenalında Azərbaycan ərazisindən keçən neft-qaz kəmərlərinə vura biləcək silahlardan istifadə etməyə nə mane oldu? Desinlər,səbibini bilək. Əgər belə olsaydı, müharibə dərhal dayanacaqdı. Bəs, niyə bu orqanlar o qərarı icra etmədilər? Başqa sözlə, bir çox problemləri həll edə biləcək silahlardan istifadə etmək üçün mütləq imkan var idi. Lakin onlardan heç vaxt istifadə olunmayıb”.

P.S. Vallah, ermənilərin nə siyasətçisinin ağlı var, nə də digərlərinin. Bu adam anlamır ki, Azərbaycan ərazisindən keçən neft və qaz kəmərləri beynəlxalq konsorsiumun nəzarəti altındadır. Yəni, təkcə, Azərbaycana məxsus deyil. Əgər ermənilər ağıllarını itirərək, belə bir addım atsaydılar, düz, iki ildir ki, ağır sanksiyalar altına düşəcəkdilər. Çünki həmin konsersium onlara bu hərəkətini bağışlamayacaqdı. Kaş, edəydilər…jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki