image-senger_qarabag_283757backend

Ermənilər Tovuzda mövqelərimizi atəşə tutub

image-reklam_sirab_01

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Veteninfo.az-a Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki