image-476c86f7-d518-474c-a6df-e9fda6a846a5backend

Ermənilərin Kəlbəcərdə törətdikləri təxribatla bağlı cinayət işi açıldı

image-reklam_sirab_01

Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Veteninfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki