image-fotojet-2021-11-23t151015-118backend

Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına şərt irəli sürmədən başlamağa HAZIRDIR

image-reklam_sirab_01

“Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür”.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

“Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Rusiya-Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər” – deyə, o deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image